İqtisadiyyat

Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 7% artıb

Sharing is caring!

Bu il yanvarın 1-nə Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı ötən il yanvarın 1-nə nisbətən 7% çox – 711,9 min olub.

Oxu.Az bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir.

Məlumata görə, bunun 39,9 mini əlavə dəyər vergisi (ƏDV) ödəyicisidir. Bu isə illik müqayisədə 13,2% çoxdur.

Hesabat dövründə aktiv obyektlərin (təsərrüfat subyektlərinin) sayı isə 12,3% artaraq 165 minə çatıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir