Dünya

Ukraynanın Azərbaycandakı səfiri humanitar yardıma görə təşəkkürünü bildirdi – FOTO

Sharing is caring!

Ukraynanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Vladislav Kanevski enerji infrastrukturunun sabitləşməsinə kömək etmək məqsədilə Azərbaycandan daha bir humanitar yardım karvanının Ukraynaya göndərilməsinə görə təşəkkürünü bildirib.

Oxu.Az-ın məlumatına görə, bu barədə ukraynalı diplomat özünün “Facebook” səhifəsində yazıb.

“Ümumi dəyəri 450 000 ABŞ dollarından (765 000 min manat) çox olan 45 ədəd yüksək güc generatorları Rusiyanın hava hücumlarından ən çox zərər çəkmiş bölgələrdə Ukraynanın mülki əhalisinin ehtiyaclarını ödəmək üçün göndəriləcək. Dəstək və köməyə görə dost Azərbaycana və Azərbaycan xalqına səmimi təşəkkürümüzü bildiririk!” – deyə Kanevski qeyd edib.

Xatırladaq ki, Ukrayna tərəfindən daxil olmuş müraciətlərə cavab olaraq, mövcud vəziyyətlə əlaqədar zərər çəkmiş ərazilərin elektrik enerjisi ilə dayanıqlı təchizatının bərpası məqsədilə Azərbaycan tərəfindən əsas elektrik avadanlıqlarından ibarət humanitar yardım karvanının ikinci hissəsi Ukraynaya çatıb. Ümumilikdə humanitar yardıma 45 güc transformatoru və 50 generator daxildir. Onların ilk hissəsi 2022-ci il dekabrın 17-də Ukraynaya daxil olub. Humanitar yardımın ümumi məbləği təxminən 1 milyon 422 min manatdır. Ukraynadakı böhranla bağlı Azərbaycan Respublikasının göstərdiyi humanitar yardımın ümumi məbləği 30 milyon manata yaxındır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir