İdman

Azərbaycan karateçisi Premyer Liqanın finalına vəsiqə qazandı

Sharing is caring!

Bakıda start götürən karate üzrə Premyer Liqa yarışına Azərbaycanın bir karateçisi finala çıxıb.

“Report”un məlumatına görə, Əminağa Quliyev (60 kq) 1/4 finalda Eray Şamdana (Türkiyə) 4:3 hesabı ilə qalib gələrək öncə yarımfinala vəsiqə qazanıb.

Ə.Quliyev yarımfinalda Xristos-Stefanos Ksenosla görüşüb və bu rəqibinə də qalib gələrək həlledici görüşdə yarışmağa haqq qazanıb.

İdmançımız sentyabrın 4-də baş tutacaq final görüşündə Kərim Aboeitta (Misir) ilə üz-üzə gələcək.

Qeyd edək ki, bu gün Azərbaycanın 8 karateçisi tatamiyə çıxıb. Qrup görüşlərində Rafiz Həsənov, Firdovsi Fərzəliyev (hər ikisi 66 kq), Fərid Ağayev (75 kq) və İnci Əzizova (50 kq) mübarizə aparsa da, mərhələ adlaya bilməyiblər.

Sultan Hüseynov (60 kq), Tural Ağalarzadə (66 kq) və son Avropa və İslamiada mükafatçısı Mədinə Sadıqova (55 kq) 1/4 finalda uduzub.

Xatırladaq ki, Bakıda keçirilən Premyer Liqa yarışına sentyabrın 4-də yekun vurulacaq.

Qeyd edək ki, final görüşləri 15:30-dan etibarən başlayacaq.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir