İdman

Musa Qurbanlı “Qarabağ”a qayıdır?

Sharing is caring!

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov “Yurqorden”də çıxış edən komandanın sabiq futbolçusu Musa Qurbanlının Ağdam təmsilçisinə mümkün qayıdışını şərh edib.

“Qafqazinfo” xəbər verir ki, o, bu barədə düşünmədiklərini bildirib:

“Hazırda yeni hücumçu haqda düşünmürük. Komandada yetərincə futbolçu var. Həmin mövqedə istənilən oyunçudan istifadə edə bilərik. Musanın komandaya qayıtması hələlik gündəmdə deyil. Bu mövzu yay transfer pəncərəsində açıla bilər”.

Qeyd edək ki, Qurban Qurbanovun həm də oğlu olan M.Qurbanlı ötən ilin iyulunda “Qarabağ”dan “Yurqorden”ə keçib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir