Dünya

ABŞ-ın iri məişət avadanlığı şirkəti Rusiyadakı biznesini Türkiyə təmsilçisinə satacaq

Sharing is caring!

Türkiyənin “Arçelik” şirkəti (“Beko” məişət texnikası brendinin sahibi) ABŞ-ın “Whirlpool” şirkəti ilə Rusiyadakı aktivlərinin (“Indesit International” ASC və “Whirlpool Rus” MMC) alınmasına dair müqavilə imzalayıb.

Bu barədə Türkiyənin “Borsa Manşet” portalı “Arçelik”dəki mənbəyə istinadən məlumat yayıb.

Sövdələşmə nəticəsində “Arçelik” Rusiyanın Lipetsk şəhərində ildə 2,8 milyon soyuducu və paltaryuyan maşın istehsalına imkan verən istehsal müəssisələri alacaq.

O da bildirilib ki, əməliyyatın məbləği 220 milyon avronu keçməyəcək, ödənişlərin isə 10 il müddətinə uzadılması planlaşdırılır.

Qeyd edək ki, “Whirlpool” martın əvvəlində Lipetskdəki iki fabrikində istehsalı dayandırıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir