Müharibə

Prezidentin köməkçisi: “Ermənistan hər vəchlə Zəngəzur dəhlizinin açılmasına problemlər yaradır”

Sharing is caring!


“Ermənistan hər vəchlə Zəngəzur dəhlizinin açılmasına problemlər yaratmaqda davam edir”.

“Report” xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

“Sülh gündəliyinin bütün komponentləri – birincisi Ermənistan-Azərbaycan sülh müqaviləsi, ikincisi sərhədlərin delimitasiyası, üçüncüsü də nəqliyyat xətlərinin açılması məsələləri üzrə tamamilə qeyri-konstruktiv mühit yaranıb. Bunun günahkarı Ermənistan tərəfidir. Ermənistanın Üçtərəfli bəyanat çərçivəsində üzərinə götürdüyü öhdəliklərdən biri Azərbaycanın əsas hissəsi ilə Naxçıvanın birləşdirilməsinin təmin edilməsi idi. Amma bu öhdəlikləri yerinə yetirməyib və hər vəchlə Zəngəzur dəhlizinin açılmasına problemlər yaratmaqda davam edir”, – o vurğulayıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir