İdman

“Grand Chess Tour”: Şəhriyar Məmmədyarovun qazancı bəlli olub

Sharing is caring!

Azərbaycanlı şahmatçı Şəhriyar Məmmədyarovun ABŞ-ın Sent-Luis şəhərində keçirilmiş “Grand Chess Tour”un IV mərhələsindən qazancı açıqlanıb.

Turniri 6-cı sırada bitirən 37 yaşlı qrossmeyster 11 min ABŞ dollarına sahib çıxıb.

Məmmədyarov “Grand Chess Tour”un ümumi sıralamasında 10 xalla səkkizincidir. Təcrübəli şahmatçı ümumilikdə bu yarışdan 32,250 dollar əldə edib.

Qeyd edək ki, “Grand Chess Tour”un V mərhələsi olan “Sinquefield Cup” 1-13 sentyabrda Sent-Luisdə gerçəkləşəcək.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir