İdman

“Liverpul” 18 yaşlı şotlandiyalını sıralarına qatmağa yaxındır

Sharing is caring!

İngiltərənin “Liverpul” klubu 18 yaşlı şotlandiyalı sağ cinah müdafiəçisi Kalvin Remsini sıralarına qatmaq üçün “Aberdin” klubu ilə danışıqlar aparır.

Bu barədə idman jurnalisti Fabrisio Romano öz “Twitter” səhifəsində məlumat yayıb.

Jurnalist iddia edir ki, artıq tərəflər futbolçunun transferi ilə bağlı irəliləyiş əldə ediblər.

“Aberdin” rəhbərliyi gənc futbolçunun transferindən azı 10 milyon avro qazanmaq niyyətindədir.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir