Cəmiyyət

“TikTok” istifadəçiləri Azərbaycanda yayın ritmini təyin edirlər: Mövsümün əsas musiqiləri – FOTO

Sharing is caring!


“TikTok” videoplatforması bu yayın sevilən musiqiləri ilə bağlı yekun nəticələri təqdim edib. Azərbaycanda və dünyada istifadəçilərin bu mövsüm ən çox dinlədiyi, ən sevilən treklərin siyahısını açıqlayıb.

Musiqi “TikTok”da mühüm rol oynayır: istifadəçiləri yaradıcılıqlarını bölüşməyə ruhlandırır, bir çox trendin əsasını təşkil edir və platformanın atmosferinə pozitivlik qatır. “TikTok”da istedadlı musiqiçilər öz mahnılarını tanıdaraq dünyanın müxtəlif yerlərindən dinləyicilər qazana bilərlər və istənilən rəngarəng musiqi nümunəsi populyarlaşaraq milyonlarla insan tərəfindən sevilə bilər.

Bu yay platformanın istifadəçiləri enerjili rəqs ritmlərindən tutmuş lirik melodiyalara qədər müxtəlif musiqilər üçün videolar hazırlayıblar – bəziləri mövsümün əsl himnlərinə çevrilib. Yay hitlərindən istifadə edərək #SongSOfTheSummer həştəqi ilə yaradılmış videolar artıq beş milyarddan çox baxış sayı toplayaraq Azərbaycanda və dünyada milyonlarla musiqisevəri bir araya gətirib.

Bu gün platforma 2023-cü ilin yayında “TikTok” istifadəçilərinin qəlbini fəth edən ən yaxşı hitlərin və musiqiçilərin siyahısını açıqlayıb.

Azərbaycanda yay musiqiləri

Azərbaycanda istifadəçilər arasında ən çox sevilən bu yayın əsas mahnılarının reytinqinə həm beynəlxalq, həm də yerli musiqiçilərin mahnıları daxil edilib. Platforma istifadəçilərinin sevgisini qazanan altı azərbaycanlı musiqiçinin mahnıları bütün hit siyahısının yarıdan çoxunu əhatə edib.

“Pişman değilim” – Semicenk & Dogu Swag

Musiqiçi Semiçenk & Dogu Swag-ın mahnısı “TikTok”u fəth edib və bu musiqi ilə olan videolar milyonlarla baxış toplayıb. Türkiyəli sənətçinin bu əsəri bütün Azərbaycanda istifadəçilərin rəğbətini qazanıb – həm böyüklər, həm kiçiklərin iştirak etdiyi videolarla bu yayın xoşbəxt anlarını paylaşıblar.

“Maşallah” – Ravi Incigöz

Daha bir türkiyəli sənətçi Ravi İncigöz “Maşallah” adlı trekinin sevgi dolu sözləri və özünəməxsus cazibəsi ilə Azərbaycanda istifadəçilərin qəlbinə yol tapıb.

“Nu Paqadi” (Remix – Ayxan Dəniz) – Baləli

Ayxan Dənizin meyxanaçı Baləlinin “Nu Paqadi” mahnısını remiks ilə səsləndirməsi əsərə müasir üslubda yeni nəfəs verib və bu yayın trendlərinə damğa vurub.

“Nə isə” – Miro

Bu yay “TikTok”da hitə çevrilən digər mahnı musiqiçi Mironun “Nə isə” mahnısıdır. İstifadəçilər bu mahnı ilə ruhlandırıcı videolar çəkib, faydalı yay tövsiyələrini, yayda Bakının ab-havasını və ətrafdakı gözəllikləri paylaşıblar.

“Boş adamlar” – Ayaz Babayev

Ayaz Babayevin “Boş adamlar” mahnısı yay uzunu “TikTok” trendlərində lider mövqe tutub. Trek sayəsində platformada #boşadamlar həştəqi ilə rəqs çağırışları meydana gəlib və videolar altı milyona yaxın baxış toplayıb.

“Siraa” – Andre Soueid

Bu yay Azərbaycanda “TikTok”da ən məşhur olanlardan biri “Siraa” adlı musiqisi ilə liviyalı musiqiçi Andre Soueid olub.

“Şirin çağlar” (remix) – Habil Mammadov

Habil Məmmədovun “Şirin çağlar” musiqisinə olunan remiks mahnıya yeni bir nəfəs qazandırıb və “TikTok” istifadəçiləri arasında məşhurlaşmasına səbəb olub.

“Makeba” – Jain

Azərbaycanda istifadəçilər arasında sevimli yay trekləri siyahısına fransız sənətçisi Jainin məşhur Cənubi afrikalı müğənni və fəal Miriam Makebaya həsr etdiyi, platformada bir çox müsbət videolara ilham verən “Makeba” mahnısı da daxil edilib.

“Ay ürəyim” – Türkan Vəlizadə

Türkan Vəlizadənin “Ay ürəyim” adlı emosional mahnısı da mövsümün ən məşhur treklərindən birinə çevrilib və istifadəçiləri yay anlarını paylaşmağa ruhlandırıb.

“Onun xəstəsiyəm” – Röya

Bu yay Xalq artisti Röyanın ifa etdiyi “Onun xəstəsiyəm” mahnısı “TikTok” istifadəçiləri arasında favoritlərdən birinə çevrilməyi bacarıb. Bu dinamik musiqi altında istifadəçilər gözəl yerləri nümayiş etdirərək, səyahət estetikasını və digər canlı videoları paylaşıblar.

Bütün dünyanın “TikTok”da yay mahnıları

2023-cü ilin yayında dünyada videolar hazırlamağa ilhamlandıran və “TikTok” icmasının sevgisini qazanan platformanın populyar mahnılarının siyahısına aşağıdakılar daxildir:

1. If We Ever Broke UpMae Stephens

2. What It Is – Solo VersionDoechii 

3. girls like me don’t cry (sped up) thuy

4. Cupid – Twin Ver – Sped Up Version FIFTY FIFTY

5. LALAMyke Towers

6. Makeba Jain 

7. มองนานๆ FLI:P

8. EverydayAriana Grande, Future

9. Barbie Girl Aqua

10. Endless Summer Alan Walker & Zak Abel

Bu yay “TikTok” istifadəçiləri bir çox musiqini kəşf etdilər. Bu mövsümün əsas hitlərinin ritmləri platforma istifadəçilərini hələ uzun müddət yaradıcılıq üçün ruhlandıracaq və onlara isti yay xatirələrini əbədiləşdirməyə kömək edəcək.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir