Cəmiyyət

Kiyevin müdafiəsində iştirak edən azərbaycanlı mükafatlandırılıb – FOTO/VİDEO

Sharing is caring!


Ukraynanın paytaxtı Kiyevin ötən ilin fevral-mart aylarında Rusiyanın hücumuna qarşı müdafiəsində fərqlənənlər mükafatlandırılıblar.

“Report”un Şərqi Avropa bürosunun məlumatına görə, Kiyev vilayətinin azad olunmasının bir illiyi ərəfəsində mükafatlandırılan şəxslər arasında azərbaycanlı da var.

Həmin şəxs əslən Azərbaycanın Zaqatala rayonundan olan Quliyev Şamxal Namiq oğludur.

Uzun illərdir ki, Ukraynada yaşayan Şamxal Quliyev Kiyev vilayəti hərbi administrasiyası tərəfindən “Kiyev şəhəri və Kiyev vilayətinin müdafiəsi uğrunda” medalı ilə təltif edilib.

Ş.Quliyev əsasən humanitar yardımların çatdırılmasında aktivlik nümayiş etdirib. Belə ki, o, ötən il Kiyev mühasirədə olan zaman və Rusiyanın qəfil hücumu ilə əlaqədar iaşə obyektlərinin fəaliyyətinin dayandığı zaman əhaliyə və özünü müdafiə hissələrinə yardımların intensiv çatdırılmasını təmin edib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir