Dünya

Nigeriyada kəndə hücum nəticəsində 16 nəfər ölüb

Sharing is caring!


Nigeriyanın şimalındakı Plato əyalətinin Muşu kəndinə hücum nəticəsində 16 nəfər həlak olub.

Qeyd olunur ki, bölgədə xristian fermerlər və müsəlman çobanlar arasında etnik və dini münaqişələr hökm sürür.

Hücum gecəyarısı baş verib. Yerli sakinlər gecə yatarkən qəfildən yüksək səslər eşitdiklərini bildiriblər. Köçəri müsəlmanların nümayəndələri çoxlu sayda insanı öldürüb və yaralayıblar, bir neçə nəfəri isə özləri ilə aparıblar. Hücuma nəyin səbəb olduğu hələlik məlum deyil.

Ştat qubernatoru Kaleb Mutfvanq hücumu pisləyib, bunu barbarlıq və qəddarlıq adlandırıb. O, günahkarların məsuliyyətə cəlb ediləcəklərinə söz verib.

Mənbə: Reuters

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir