İdman

Maks Ferstappen Bakı yarışında öz çıxışından razı qalmayıb

Sharing is caring!


“Formula-1” üzrə dünya çempionatında çıxış edən “Red Bull” komandasının pilotu Maks Ferstappen 2023 mövsümündə öz çıxışı barədə fikirlərini bölüşüb.

Sürücü ən yaxşı və uğursuz hesab etdiyi Qran-prilərdən danışıb.

Təcrübəli idmançı Spa-Frankorşamda keçirilmiş Belçika Qran-prisində çox güclü həftəsonu keçirdiyini söyləyib. O, Yaponiyada da yaxşı çıxış etdiyini bildirib:

“Ən pis mərhələ isə Bakıda idi. Hadisələrin axarı mənim üçün uğurlu deyildi. Bundan razı qalmadım”.

Qeyd edək ki, 2023 mövsümündə çempion olan Ferstappen 22 mərhələnin 19-da qalib gəlib. Aprelin 30-da baş tutan Azərbaycan Qran-prisində onun komanda yoldaşı Serxio Peres birinci yeri tutub. Ferstappen ikinci olub, “Ferrari”dən Şarl Lekler isə üçüncü yerlə kifayətlənib.

Mənbə: “Motorsport” nəşri

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir