İdman

Ümumdünya Oyunlarında iştirak edəcək azərbaycanlı rəqqaslar bilindi – VİDEO

Sharing is caring!

7-17 iyul tarixlərində ABŞ-ın Birmingem şəhərində (Alabama ştatı) keçiriləcək XI Ümumdünya Oyunlarında aerobika gimnastikasında Azərbaycanı təmsil edəcək idmançıların adlarına aydınlıq gəlib.

Oxu.Az-ın xəbərinə görə, bunu Beynəlxalq Gimnastika Federasiyası (FIG) açıqlayıb.

Bunlar ötən ilin mayında Bakıda keçirilmiş aerobika üzrə dünya çempionatının qalibləridir. Belə ki, İmran İmranov, Ayxan Əhmədli və Mədinə Mustafayevadan ibarət komandamız aerobika rəqsində Azərbaycanı təmsil edəcək. Həmçinin Bakıdakı dünya çempionatının qarışıq cüt, trio və qrup üzrə qalibləri də bu yarışa lisenziya qazanıblar.

FIG bədii gimnastikada Azərbaycandan hansı idmançıların çıxış edəcəyini açıqlamayıb. Azərbaycan Gimnastika Federasiyasının baş katibi Nurlana Məmmədzadənin Oxu.Az-a açıqlamasına görə, bu, Tokio Olimpiadasının iştirakçısı Zöhrə Ağamirova olacaq.

Qeyd edək ki, Ümumdünya Oyunlarında gimnastika beş növdə təmsil olunacaq. Bunlar bədii gimnastika, akrobatika, aerobika, batut üzərində tullanma və parkurdur.

Səbuhi Musa

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir