İdman

Bonuççinin növbəti klubu bəlli oldu

Sharing is caring!


“Yuventus”dakı çıxışı ilə tanınan, hazırda isə “Union Berlin”in mərkəz müdafiəçisi Leonardo Bonuççi tezliklə “Roma”nın futbolçusu olacaq.

Bu barədə “X” sosial şəbəkəsində (keçmiş “Twitter”) jurnalist Nikolo Skira məlumat verib.

Məlumata görə, təcrübəli italyan idmançı Almaniya klubundan azad agent kimi ayrılacaq.

Bildirilir ki, 36 yaşlı futbolçu Joze Mourinyonun komandasına qoşulmaq üçün maaş tələblərini də azaldacaq.

Müdafiəçi A Seriyası klubu ilə 2024-cü ilin may ayının sonuna qədər müqavilə imzalayacaq.

Xatırladaq ki, Bonuççi keçən yay azad agent kimi “Yuventus”dan “Union”a keçmişdi. Bu mövsüm müdafiəçi bütün turnirlərdə doqquz oyun keçirib və bir qol vurub. Futbolçunun Berlin klubu ilə müqaviləsi 2024-cü ilin iyun ayının sonuna qədər qüvvədədir.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir