İdman

Qarabağda keçiriləcək ilk beynəlxalq yarışa hansı ölkələrin gələcəyi bilindi – VİDEO

Sharing is caring!

İşğaldan azad olunmuş Qarabağ ərazisində ilk beynəlxalq yarış keçiriləcək.

Oxu.Az-ın xəbərinə görə, Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının Azərbaycan Respublikasının mərhum Prezidenti Heydər Əliyevin 99 illiyi münasibəti ilə keçirdiyi beynəlxalq turnir Tərtər rayonunun Suvoquşan kəndində və Mingəçevir şəhərində baş tutacaq.

“Prezident kuboku-2022” adlandırılan yarışda Azərbaycan idmançıları ilə yanaşı, Gürcüstan, Moldova, Türkiyə və Özbəkistan atletləri öz məharətini göstərməyə çalışacaq.

Mayın 5-də komandalar Mingəçevirin mərkəzi küçəsində rəsmi keçid edəcək. Növbəti gün Suqovuşanda kayak və kanoe üzrə, mayın 7-də isə Mingəçevirdə akademik avarçəkmə üzrə yarışlar keçiriləcək. Həmin günün sonunda “flyboard show” (su üzərində şou-proqram) və atəşfəşanlıq baş tutacaq.

Səbuhi Musa

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir