Dünya

“Stels-omikron” həyatımız üçün nə qədər təhlükəlidir?

Sharing is caring!

“Omikron” ştammının alt növü – BA.2 və ya “stels-omikron” koronavirusun ən yoluxucu variantıdır.

Bu variantın yoluxma göstəricilərindəki payı durmadan artaraq bütün yeni infeksiyaların 90 faizindən çoxunu təşkil edir.

Pandemiyanın tüğyan etdiyi ilk həftələrdə alimlər bizə yeni koronavirus haqqında təsəlliverici bir xəbər verdilər: yavaş-yavaş mutasiyaya uğrayır. İlk mutasiyalar çox da radikal olmadı. Yəni, peyvənd yaradıldığı təqdirdə və zaman keçdikcə dəyişdirilməsinə ehtiyac qalmayacaqdı.

Ancaq bu fərziyyələr həddindən artıq optimist idi.

SARS-CoV-2 koronavirusu bütün planetə yayıldıqca özünü yenidən yaratmaq üçün bir milyard imkana malikdir. İnfeksiya elm adamlarını narahatlıqda saxlayaraq sürətlə yeni ştammlar və alt növlər ortaya çıxarmaqla inkişafa davam edir. Bu virus insanları ilk dəfə hədəfə alandan bu yana davamlı olaraq öz quruluşunu və kimyəvi tərkibini dəyişərək ona nəzarət cəhdlərinə mane olur.

Koronavirusu tədqiq edən virusoloqların fikrincə, onun hələ də mutasiya üçün ehtiyat yeri var. Praktikada bu o deməkdir ki, onsuz da yüksək yoluxucu olan virus, tezliklə daha da yoluxucu ola bilər:

“Bu virus hələ görmədiyimiz güclərə sahib ola bilər. Biz bunun qızılca kimi yoluxucu olmadığını bilirik. Hələ qızılca qədər yoluxucu deyil, amma, şübhəsiz ki, ona yaxındır, hər halda buna yaxınlaşır”.

Mənbə: The Washington Post

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir