Kriminal

Bakıda qazi adı ilə dilənçilik edən şəxs üç dəfə məhkum olunub – YENİLƏNİB + VİDEO

Sharing is caring!

Bakıda qazi adı ilə dilənçilik edən şəxslə bağlı yeni məlumat üzə çıxıb. 

Bununla bağlı Daxili İşlər Nazirliyi məlumat yayıb. 

Bildirilib ki, o, əvvəllər Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə üç dəfə məhkum olunub.

10:43

Paytaxtda özünü qazi kimi təqdim etməklə, hərbi geyimdə əlil arabasında dilənçilik edən şəxsin əməlləri polis tərəfindən ifşa edilib. 

Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

1996-cı il təvəllüdlü Ağdaş rayon sakini Ümid Məmmədov daha asan və daha çox “qazanc” əldə etmək məqsədilə ənənəvi üsullardan kənar yollarla dilənçilik fəaliyyəti ilə məşğul olub. 

Sağlamlıq vəziyyəti qaydasında olan, heç bir əlillik dərəcəsi olmayan Ü.Məmmədov barəsində araşdırmalar davam edir.

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir