İdman

“Sabah”ın keçmiş baş məşqçisinin yeni klubunu məlum oldu

Sharing is caring!

“Krasnodar”ın sabiq çalışdırıcısı Murad Musayev komanda ilə yeni müqavilə imzalayaraq kluba qayıdıb.

O, artıq 2019-2020-ci illərdə “Krasnodar”ın baş məşqçisi vəzifəsində çalışıb. Məhz onun rəhbərliyi altında Rusiya komandası UEFA Çempionlar Liqasında debüt edib.

Ümumilikdə 40 yaşlı mütəxəssis “Krasnodar”a 126 rəsmi oyunda başçılıq edib.

Musayevin son iş yeri “Sabah”ı olub.

10 yanvar 2023-cü ildə mütəxəssis PRO-UEFA proqramı çərçivəsində hazırlığı başa vurub.

Hazırda “Krasnodar” Rusiya Premyer Liqasının turnir cədvəlində ikinci yeri tutur. Komanda 20 matçda 39 xal toplayıb. Birinci sırada Sankt-Peterburq “Zenit”i dayanır. Sergey Semakın komandası 40 xal qazanıb.

Mənbə: championat.com

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir