Siyasət

MDB dövlət başçıları Sankt-Peterburqda Tsarskoye Seloda olublar – YENİLƏNİB + VİDEO

Sharing is caring!


MDB dövlət başçıları Sankt-Peterburqda qurumun qeyri-rəsmi sammiti çərçivəsində Tsarskoye Selo muzey-qoruğunda olublar. 

Azərbaycan Prezidenti İlham Əliyev də ekskursiyada iştirak edib.

Həmin görüntüləri təqdim edirik:

14:46

Sankt-Peterburqda Rusiya Prezidenti Vladimir Putin tərəfindən Yeni il qabağı ənənəvi olaraq dəvət edilən MDB dövlət başçılarının qeyri-rəsmi görüşü başlayıb.

Sammitin ev sahibi Rusiya prezidenti Azərbaycan, Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistandan olan həmkarlarını danışıqlar masası arxasında deyil, Sankt-Peterburqun saray və park komplekslərini gəzərkən ünsiyyətə başlamağa dəvət edib.

Birlik ölkələrinin liderləri Pavlovsk Muzey-Qoruğunda olublar, sonra onlar Tsarskoe Selo və Peterqofda olacaqlar.

MDB-nin qeyri-rəsmi sammiti Strelnadakı Konstantinovski sarayında söhbətlə başa çatacaq.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir