İdman

UEFA-dan “Qarabağ” – “Bayer” matçı ilə bağlı diqqətçəkən paylaşım – FOTO

Sharing is caring!


UEFA Avropa Liqasının sosial şəbəkə hesabları “Qarabağ” – “Bayer” oyunu ilə bağlı paylaşım edib.

Oxu.Az xəbər verir ki, paylaşımda bildirilib: 

“UEFA Avropa Liqasında ən yaxşı formada olan iki komanda dördüncü gün Bakıda görüşəcək”. 

Paylaşımda bu mövsüm ölkə çempionatında və Avropa Liqasında ümumilikdə son beş matçda ən yaxşı nəticələr əldə edən komandalar yer alıb. Leverkuzen təmsilçisi beş oyundan beş qələbə ilə siyahının ilk pilləsində qərarlaşıb. “Qarabağ” beş oyundan dörd qələbə və bir məğlubiyyətlə ikinci pillədə yer alıb.

Qeyd edək ki, martın yeddisində Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Bayer” görüşü saat 21:45-də başlayacaq.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir