Cəmiyyət

Xırdalan-Bakı yolunda xüsusi avtobus zolağı çəkilə bilər

Sharing is caring!

Xırdalandan Bakı şəhəri istiqamətində xüsusi avtobus zolağı çəkilə bilər.

“Report” xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat katibi Mais Ağayev xüsusi avtobus zolaqları ilə bağlı mətbuat konfransında bildirib.

O qeyd edib ki, paytaxtda xüsusi avtobus zolaqları əvvəl 10 küçədə idisə, sonradan belə küçələrin sayı 17-yə çatdırılıb:

“Eyni zamanda 49 küçə ilə bağlı belə zolağın çəkilməsi nəzərdə tutulub. Bu yolda tıxaclar qabarıq hiss olunur. Biz bununla bağlı təklif vermişik və digər müvafiq qurumların rəyindən sonra həmin ərazidə xüsusi zolağın çəkilməsilə bağlı qərar qəbul olunacaq”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir