İdman

Azərbaycan millisindən ilk: Dünya üzrə reytinq cədvəlində 13 pillə irəlilədi

Sharing is caring!


Kişi basketbolçulardan ibarət Azərbaycan millisi FIBA-nın yenilənmiş reytinq cədvəlində 13 pillə irəliləyib.

Oxu.Az xəbər verir ki, hesabında 80 xal olan millimiz 160 komandanın sıralamasında 105-ci pillədə qərarlaşıb.

Qeyd edək ki, uzun fasilədən sonra milli komandamız FIBA-nın reytinq cədvəlində bu qədər irəliləməyi bacarıb. Milli fevralda dünya çempionatının seçmə mərhələsi çərçivəsində səfərdə İsveçrəyə 72:53 hesabı ilə uduzub, doğma meydanda Kosovoya qalib gəlib – 87:77.

Yığmanın qrupdakı rəqiblərindən İsveçrə (175,6 xal) 62-ci, Kosovo (118,2 xal) 79-cu, İrlandiya (109 xal) 88-ci pillədə yer alıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir