Bölgə

Sabirabad kəndlərinə yeni çəkilmiş su xətləri yararsız vəziyyətə düşdü : Azərsu isə şikayətə baxmır – FOTOFAKT

Sharing is caring!

Xəbəral.az xəbər verir ki, Sabirabad rayonu Çöl Ağaməmmədli kəndinin sakinləri içməli su baxımından ciddi şəkil də əziyyət çəkir.

Belə ki, bir neçə il öncə, içməli su probleminin aradan qaldırılması məqsədi ilə, Prezident İlham Əliyevin şəxsən açılışında iştirak etdiyi Sabirabad rayonun bir çox kəndlərinin yenidən çəkilmiş su xətləri baxımsızlıqdan yararsız vəziyyətə düşüb.

Məhz buna görə də, kənd sakinləri susuzluqdan paytaxt Bakiya üz tutub, kirayələr də yaşamalı olurlar.

Sabirabad rayonu Çöl Ağaməmmədli kənd sakinlərindən Xəbəral.az – a verilən məlumata görə, kəndə yas və toy məcilislərində, rayondan su maşınlarından istifadə olunması üçün, baha qiymətə su almalı olurlar. Artıq demək olar ki, kəndə gələn su arxları tamamı ilə quruyub yararsız vəziyyətə düşüb.

Bununla bağlı, kənd sakinləri dəfələrlə Sabirabad rayon icra hakimiyyətinə və Azərsuyun rayon şöbəsinə şikayət ünvanlasalar da, şikayətlərinə baxan olmayıb.

Kənd sakinlərinin əkin sahələri susuzluqdan quruyaraq məhv olub.

Mövzunu nəzarətimiz də saxlayıb sizlərə ətraflı məlumat verəcəyik.

Xəbəral.az yazı da adı çəkilən qurumların mövqr haqqını tanıyır.

Xəbəral.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir