İdman

Məşqçisi həbsdə olan Tofiq Musayevin döyüşü baş tutacaq: Rəqib “Balta adam”dır

Sharing is caring!


Azərbaycanın MMA idmançısı Tofiq Musayevin döyüşü ləğv olunmayacaq.

Prosport.az xəbər verir ki, onun Böyük Britaniyanın (Şimali İrlandiyanın) Belfast şəhərində “Bellator 302” turnirində martın 22-nə planlaşdırılan döyüş baş tutacaq.

34 yaşlı kunq-fu üzrə dünya çempionumuz bununla bağlı açıqlamasında bildirib:

“Bəli, döyüşə gedəcəyəm. Məşqçi kimi ya Mehman Məmmədovun, ya da uşaqlardan birinin köməyindən istifadə edəcəyəm”.

Onun rəqibi ingiltərəli Alfi Deyvis “Balta adam” ləqəbi ilə tanınır. 32 yaşlı idmançı indiyədək 16 döyüşdə qalib gəlib, dördündə məğlub olub, bir görüşdə isə qalib müəyyənləşməyib. Musayev isə 22 döyüşdə qalib gəlib, beşində məğlub olub.

Qeyd edək ki, Tofiq Musayevin şəxsi məşqçisi Ruslan Əfəndiyev ötən ilin noyabrında Həsən Əzizov adlı şəxslə yaşadığı konfliktə görə həbsdədir. Bu səbəbdən də məşqçisiz qalmış Tofiqin döyüşünün ləğv oluna biləcəyi ehtimal edilirdi.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir