Siyasət

Mövlud Çavuşoğlu: “Bəzi Avropa ölkələri Azərbaycan-Ermənistan danışıqlarını baltalamağa çalışırlar”

Sharing is caring!


“Fransa başda olmaqla bəzi Avropa ölkələri Azərbaycanla Ermənistan arasındakı danışıqlar prosesini baltalamağa çalışırlar”.

Bunu APA-nın Türkiyə müxbirinə açıqlamasında Türkiyənin NATO-dakı nümayəndə heyətinin rəhbəri, keçmiş xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib.

Nazir, həmçinin, qeyd edib ki, Azərbaycan sülhün əldə edilməsində səmimi olduğunu göstərib. Ermənistan isə xarici təsirə məruz qalmasa, Azərbaycanla sülh sazişini imzalamağa yaxın olacaq:

“Türkiyə normallaşma prosesini Azərbaycanla koordinasiyalı şəkildə davam etdirir. Azərbaycanla Ermənistan arasındakı hər bir pozitiv addım Türkiyə ilə Ermənistan arasındakı prosesə də müsbət töhfə verəcək. Bölgədə, təbii ki, Gürcüstan da önəmlidir. Amma bu proseslər, sadəcə, bizim regionumuz üçün vacib deyil. Orta Dəhlizin canlanması, enerji xətlərinin ötürücülük qabiliyyətinin artırılması kimi məsələlər Avropa və Asiya üçün də həyati önəm kəsb edir”.

M.Çavuşoğlu Antalya Diplomatiya Forumunun Azərbaycan və Ermənistan tərəfinin görüşləri və müzakirələri üçün də önəmli olduğunu vurğulayıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir