İdman

Avropa Badminton Konfederasiyasının Bakıdakı Konqresinin gündəliyi bəlli olub

Sharing is caring!


Aprelin 21-də Bakıda start götürəcək Avropa Badminton Konfederasiyasının Konqresinin gündəliyi bəlli olub.

Bu barədə Azərbaycan Badminton Federasiyası məlumat yayıb.

Bildirilib ki, iki gün davam edəcək tədbirdə quruma üzv federasiyaların forumu keçiriləcək.

Avropa badminton nümayəndə heyətlərinin sayca 56-cı illik iclasında 2024-cü ildə Fransanın paytaxtı Parisdə baş tutacaq Yay Olimpiya Oyunlarına hazırlıq dönəmində badminton yarışları ilə bağlı gündəmdə olan məsələlər müzakirə olunacaq.

Konqresin devizi inklüziv badminton olub, bu idman növünün hər kəs üçün əlçatanlığını tərənnüm etməkdir.

Qeyd edək ki, Bakı Avropa Badminton Konfederasiyasının ötən il Maltanın paytaxtı Vallettada baş tutan illik toplantısında üç namizəd şəhər arasından tədbirə ev sahibliyi etmək hüququ qazanıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir