İdman

Gəncə təmsilçisinin baş məşqçisi məğlubiyyətə görə üzr istədi: “Ənənəvi oyunumuzdan uzaqlaşdıq”

Sharing is caring!


“Gəncə” basketbol klubunun baş məşqçisi Bedri Meriç Azərbaycan Kubokunun I turunda “Sərhədçi”yə 63:99 hesablı məğlubiyyətə görə üzr istəyib.

Türkiyəli mütəxəssis bunu bölgə təmsilçisinin Mətbuat Xidmətinə açıqlamasında deyib.

“Kubok yarışı üçün legioner limiti fərqlidir. Üç yerli basketbolçunun meydanda olması səbəbindən oyun sistemində dəyişikliklər etmək məcburiyyətində qaldıq. Bu da bizə müsbət təsir etmədi. Ənənəvi oynadığımız basketboldan uzaqlaşdıq. Acı nəticə özünü hesabda göstərdi. Bəlkə də, ən pis oyunumuzu keçirdik. Ona görə də azarkeşlərimizdən, bizi son oyunda tribunada dəstəkləyənlərdən üzr istəyirəm. Fanatları çox yaxşı anlayıram, onlar komandanı daha yaxşı yerlərdə görmək istəyirlər”, – B.Meriç söyləyib.

O, böyükhesablı məğlubiyyətdə özünün günahkar olduğunu bildirib:

“Ümid edirəm ki, gələcəkdə etimadı doğruldacağıq. Bəhanə gətirmək istəmirəm, bütün məsuliyyət mənim üzərimdədir. Kubok turnirində daha iki güclü rəqibimizlə oyunumuz var. Mübarizə aparacağıq. Bizim üçün əsas olan çempionatdakı oyunları uğurla başa vuraraq liqanı daha üst sıralarda bitirməkdir”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir