İdman

Gənc boksçular arasında Azərbaycan birinciliyinə bu gün start veriləcək

Sharing is caring!


Bu gün gənclər arasında boks üzrə Azərbaycan birinciliyinə start veriləcək.

Bu barədə Azərbaycan Boks Federasiyası məlumat yayıb.

Bildirilib ki, Boks Mərkəzində təşkil olunacaq yarışda 13 çəki dərəcəsi üzrə mükafatçılar müəyyənləşəcək.

Çempionata respublikanın müxtəlif şəhər və rayonlarının klublarını, həmçinin idman cəmiyyətlərini təmsil edən 59 komandadan 227 oğlan boksçu qatılacaq. Yarışın açılış mərasimi saat 13:30-da, döyüşlər isə saat 14:00-da başlayacaq. Qaliblərin adına noyabrın 6-da aydınlıq gələcək.

Mükafatçılar yığmanın heyətinə cəlb olunacaq və beynəlxalq yarışlarda ölkəmizi təmsil edəcəklər.

Qeyd edək ki, birinciliyin supervayzeri serbiyalı Draqolyub Radoviç, baş hakimi Anar Babanlı olacaq. Özbəkistanlı Aleksandr Hamidov və qırğızıstanlı Jamila Borkoyeva münsif funksiyasını yerinə yetirəcəklər.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir