Cəmiyyət

Bakıda üçmərtəbəli kommunal tipli yaşayış binasında yanğın olub

Sharing is caring!

Bakıda üçmərtəbəli kommunal tipli yaşayış binasında yanğın olub.

Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Bildirilib ki, Nəsimi rayonunda üçmərtəbəli kommunal tipli yaşayış binasının üçüncü mərtəbəsində ümumi sahəsi 70 kvadratmetr olan 2 otaqlı mənzilin 1 otağında divar sobasının ətrafı 3 kvadratmetr sahədə yanıb.

Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir