İdman

Qılıncoynatma yığmamız beynəlxalq turnirdə üçüncü yeri tutub

Sharing is caring!


Azərbaycanın yeniyetmə oğlan sablyaçıları Çexiyanın paytaxtı Praqada keçirilən “European Cadet Circuit” turnirində komanda hesabında 3-cü yeri tutublar.

“Report” xəbər verir ki, mübarizəyə ən güclü səkkizlikdən start verən Rəsul Əliyev, Abbas Hüseynov, Nahid Məmmədli və Timur Husnaddinovdan ibarət yığma 1/4 finalda yerli komandaya 45:42 hesabı ilə qalib gəlib.

Lakin qılıncoynadanlarımız finalın bir addımlığında beynəlxalq turnirin qalibi olan Almaniya kollektivinə 40:45 hesabı ilə uduzublar.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir