Siyasət

Rusiya telekanalında Azərbaycandakı növbədənkənar prezident seçkisi ilə bağlı süjet – VİDEO

Sharing is caring!


Fevralın 7-də Azərbaycanda növbədənkənar prezident seçkisi keçirildi. İlk dəfə olaraq, seçki respublikanın bütün ərazisində, o cümlədən 2023-cü ilin sentyabrında nəzarətin bərpa edildiyi Qarabağda baş tutdu.

Oxu.Az-ın məlumatına görə, Rusiyanın “360” telekanalının müxbiri Eldar Rəhimov Bakıda olub və səsvermənin necə keçirildiyi barədə süjet hazırlayıb.

O, küləklər şəhəri Bakını təkcə Azərbaycanın paytaxtı deyil, həm də bütün Cənubi Qafqazın ən böyük sənaye, iqtisadi və turizm mərkəzi adlandırıb.

“Bu gün şəhərin küçələrində sıxlıq müşahidə olunmur. Əslində, belə bir vəziyyət bu yerlər üçün qeyri-adi haldır, ancaq bu gün ölkədə prezident seçkiləri keçirilir, insanlar seçki məntəqələrində səs verirlər. Bu, azərbaycanlılar üçün tarixi gündür”, – deyə jurnalist bildirib.

Süjetdə 30 ildə ilk dəfə dövlət başçısını bütün Azərbaycanın seçdiyi vurğulanıb, işğaldan azad edilən Qarabağda 26 seçki məntəqəsinin açıldığı qeyd olunub.

“Burada, Qarabağda respublikanın hazırkı Prezidenti İlham Əliyev ailəsi ilə birlikdə səs verdi. Növbədənkənar seçkinin keçirilməsinin əsas səbəbi Azərbaycanın ərazi bütövlüyünün bərpası olub”, – deyə E.Rəhimov bildirib.

Reportajda o da vurğulanıb ki, hətta seçki yarışı zamanı bütün ekspertlər yekdilliklə Bakının Qarabağa nəzarəti bərpa etməsindən sonra populyarlığı pik həddinə çatan İlham Əliyevi favorit kimi tanıyıblar.  Bunun təsdiqi kimi seçki məntəqələrinə gələn azərbaycanlıların sözləri təqdim olunub.

Ətraflı süjetdə:

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir