Dünya

“Bayer”dən “Liverpul”a Alonso ilə bağlı mesaj

Sharing is caring!


“Bayer”in (Leverkuzen) idman direktoru Saymon Rolfes baş məşqçisi Xabi Alonsonun yaxın gələcəkdə klubu tərk etməyəcəyinə əmin olduğunu açıqlayıb.

“Bəli, mən buna əminəm. Səbəblərdən biri də müqavilədir. Digəri isə onun və ailəsinin Leverkuzendə özlərini rahat hiss etməsidir. Onun çox yaxşı komandası və bu komandanın parlaq perspektivləri var. Komandanın tərkibində hər hansı dəyişiklik gözlənilmir. Gələn il mütləq yüksəksəviyyəli komandamız olacaq”, – deyə “Bayer”in idman direktoru vurğulayıb.

Xatırladaq ki, İngiltərənin “Liverpul” klubu Yurgen Kloppun gedişindən sonra komandanın sükanı arxasında Xabi Alonsonu görmək istədiyini açıqlayıb. Hətta bu keçidlə bağlı “mersesaydlılar”ın “Bayer” rəhbərliyi ilə danışıqlara başladığı da bildirilir.

Mənbə: “Championat”

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir