İdman

Erlinq Holand Çempionlar Liqasında yeni rekorda imza atıb

Sharing is caring!


İngiltərənin “Mançester Siti” klubunun futbolçusu Erlinq Holand yeni rekorda imza atıb.

Norveçli hücumçu buna “Leypziq”ə 3:2 hesabı ilə qalib gəldikləri UEFA Çempionlar Liqasının qrup mərhələsinin V turunun oyununda fərqlənməklə nail olub.

Forvard qitənin bir nömrəli klub turnirində 40 qola hamıdan tez çatıb. O, bunu cəmi 35 qarşılaşmada bacarıb.

Holand həm də Fransanın PSJ komandasında çıxış edən Kilian Mbappenin də rekordunu qıraraq Çempionlar Liqasında 40 qol vuran ən gənc oyunçu (23 yaş, 10 gün) adına da sahib çıxıb.

Qeyd edək ki, Erlinq Holand cari mövsüm bütün turnirlərdə 20 matçda meydanda olub, 19 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.

Mənbə: ESPN

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir