Dünya

İstanbulda güclü fırtına: Qayıq batdı, gəmi quruya sürükləndi – VİDEO

Sharing is caring!


İstanbul ötən gecə üçün proqnozlaşdırılan güclü fırtınanın təsiri altında qalıb.

Gürpınar sahili və Sarayburnunda dalğalar səbəbi ilə sahil xəttini su basıb.

Həmçinin Ortaköydə dəniz suyu daşıb və dalğaların gətirdiyi tullantılar səkidə yığılıb qalıb.

Bəzi vətəndaşlar isə əlverişsiz hava şəraitinə məhəl qoymadan dalğalarla şəkil çəkdirməyə çalışıblar.

Eyni zamanda Kartal Dragos sahilində fırtınanın yaratdığı nəhəng dalğalar nəticəsində bir qayıq batıb.

Silivri və Üsküdar sahillərində də böyük dalğalar əmələ gəlib və avtomobil yoluna daşıb.

Zeytinburnu sahilində isə “Kadriye ana” adlı kimyəvi məhsullar tankeri fırtına səbəbindən quruya sürüklənib və saya oturub.

Mənbə: “Sputnik” Türkiye

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir