İdman

EEVZA: Azərbaycanın U-20 millisi üçüncü oyununu keçirəcək

Sharing is caring!


20 yaşadək voleybolçu oğlanlardan ibarət Azərbaycan millisi Polşada keçirilən Şərqi Avropa Voleybol Zonal Assosiasiyası (EEVZA) çempionatında növbəti matçına çıxacaq.

Oxu.Az-ın məlumatına görə, Səbuhi Əliyevin baş məşqçisi olduğu yığma Latviya ilə üz-üzə gələcək.

Görüş Bakı vaxtı ilə saat 23:00-da başlanacaq. Komanda daha əvvəl Ukrayna və Estoniyaya 0:3 hesabı ilə uduzub. U-20 turnirdə Polşa kollektivi ilə də qarşılaşacaq.

Qeyd edək ki, yanvarın 14-də başa çatacaq yarış AVRO-2024-ə seçmə xarakter daşıyır. Reqlamentə əsasən, çempion qitə birinciliyinin final mərhələsinə vəsiqə əldə edəcək.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir