İdman

Avropa çempionatı: Mariya Stadnik mübarizəyə başlayır, Osman Nurmaqomedov final görüşünə çıxacaq

Sharing is caring!


Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən güləş üzrə Avropa çempionatı davam edir.

Oxu.Az xəbər verir ki, bu gün Azərbaycanın üç qadın güləşçisi mübarizəyə başlayacaq.

50 kq çəki dərəcəsində çıxış edən Mariya Stadnik təsnifat mərhələsində Evin Demirhanla üz-üzə gələcək. 55 kq-dakı təmsilçimiz Elnurə Məmmədova litvalı Laura Stanelite ilə görüşəcək. 59 kq-da yarışan Alyona Kolesnik 1/4 finalda Yovana Radivoyeviç (Serbiya) – Morena de Vita (İtaliya) cütünün qalibi ilə qarşılaşacaq.

Bu gün, həmçinin, Azərbaycanın dörd sərbəst güləşçisi medal uğrunda mübarizə aparacaq. 92 kq çəki dərəcəsində Osman Nurmaqomedov finalda Feyzullah Aktürklə (Türkiyə) üz-üzə gələcək. 74 kq-dakı Cəbrayıl Hacıyev təsəlliverici qarşılaşmada Soner Demirtaşla, 86 kq-dakı Abubakr Abakarov Patrik Puespoeki (Macarıstan) – İvars Samusonoks (Latviya) duelinin güclüsü ilə qarşılaşacaq. Nəhayət, 125 kq-dakı Georgi Meşvildişvili bürünc medal görüşündə Abraham Konyedonun (İtaliya) müqavimətini qırmağa çalışacaq.

Avropa çempionatında daha əvvəl sərbəst güləşçilərdən Əliabbas Rzazadə (57 kq) və Hacı Əliyev (70 kq) qızıl, Maqomedxan Maqomedov (97 kq) gümüş medal əldə ediblər. Qitə birinciliyi aprelin 23-də başa çatacaq.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir