İdman

Quti: “Mbappe və Ronaldunu müqayisə etmək olmaz”

Sharing is caring!


“Real Madrid”in sabiq futbolçusu Quti PSJ-nin hücumçusu Kilian Mbappenin İspaniya klubuna mümkün transferindən danışaraq, bunu Kriştianu Ronaldonun keçidi ilə müqayisə edilməsi ilə bağlı fikirlərini bölüşüb.

“Kristianu Ronaldu “Real Madrid”ə “Qızıl top” və “Çempionlar Liqasının qalibi” titulu ilə gəlib. Onları heç müqayisə etmək də olmaz”, – deyə Quti bildirib.

Xatırladaq ki, daha əvvəl mətbuatda Mbappenin “Real Madrid” rəhbərliyinin ona verdiyi ultimatumdan narazı qaldığı barədə məlumat yayılmışdı. Ultimatuma əsasən, fransalı hücumçu yanvarın sonuna qədər “Madrid” klubu ilə müqavilə bağlayacağını və ya bu müqavilənin baş tutmayacağını açıqlamalıdır.

Xatırladaq ki, Ronaldo 2023-cü ilin sonunda klub və milli komandanın heyətində keçirdiyi 58 görüşdə 53 qol vuraraq bombardir olub.

Mənbə: Championat

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir