Dünya

Fransanı fermer etirazları bürüyüb

Sharing is caring!


Fransız fermerlər ölkə boyu etiraz aksiyalarına çıxıblar.

Limoj şəhərində traktorçular prefektura binasının yaxınlığına zibil, peyin və təkər atıblar. Qurumun girişilə üzbəüz böyük bir tullantı dağı əmələ gəlib.

Fransanın cənubunda, Oksitaniya bölgəsində fermerlər kənd təsərrüfatı texnikası ilə magistral yolları bağlayıblar. Nəticədə Tuluza ətrafındakı bütün əsas marşrutlar qapanıb. Yollarda tonqallar yandırılır, traktorlardan ibarət cərgələr düzülür.

Fermerlər bunun başlanğıc olduğunu və etirazların daha da güclənəcəyini vəd edirlər.

Mənbə: RenTV

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir