MARAQLI

Çörçillin diş protezləri Britaniyada hərraca çıxarılacaq – FOTO

Sharing is caring!


Böyük Britaniyada ölkənin keçmiş Baş naziri Uinston Çörçilin protez dişləri hərraca çıxarılıb.

Bildirilir ki, bu protez II Dünya müharibəsi zamanı “Biz çimərliklərdə döyüşəcəyik” çıxışını edərkən onun ağzında olub.

“Çörçillin qoyma dişləri indiyə qədər satdığımız ən qeyri-adi əşyalardan biridir”, – deyə “The Cotswold Auction Company”nin baş icraçı direktoru Liz Pul bildirib.

Çörçilin hər zaman dişlə bağlı problemləri olub. Onun yanında həmişə protez dişlərin ehtiyat dəstləri olub.

Qızıl çərçivəli protezin qiyməti 5-8 min funt sterlinq (10,7 – 17,2 min manat) arasında qiymətləndirilir.

Hərrac fevralın 6-da Çeltenhemdə keçiriləcək.

Mənbə: Octagon.media

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir