İdman

Bakıda təşkil olunacaq Böyük Dəbilqənin vaxtı dəyişdirildi

Sharing is caring!


Beynəlxalq Cüdo Federasiyasının (IJF) qərarına əsasən, 2024-cü il 1-3 noyabrında Bakıda keçirilməsi nəzərdə tutulan Böyük Dəbilqənin vaxtı dəyişib.

Bu barədə Azərbaycan Cüdo Federasiyası məlumat yayıb.

Bildirilib ki, “Dünya Cüdo Turu” seriyasına daxil olan turnir 16-18 fevralda gerçəkləşəcək.

Yarış Milli Gimnastika Arenasında baş tutacaq.

Azərbaycan Cüdo Federasiyasının baş katibi Rəşad Rəsullu vaxtın dəyişdirilməsinin səbəbini açıqlayıb:

“Bu tarixlərdə daha öncə Təl-Əviv Böyük Dəbilqə turnirinin keçirilməsi planlaşdırılırdı. Məlum hadisələrə görə (HƏMAS – İsrail müharibəsinə görə – red.) təhlükəsizlik baxımından IJF bu yarışı təxirə saldıqdan sonra biz gələn ilin noyabrında keçirilməsi nəzərdə tutulan Böyük Dəbilqənin 16-18 fevralda olmasını təklif etdik. Buna müsbət cavab verdikləri üçün IJF-yə təşəkkürümüzü bildiririk”.

O, həmçinin vurğulayıb ki, yarışın fevral ayına keçirilməsi Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya xallarının toplanmasına imkan verəcək:

“Böyük Dəbilqə noyabrda olsaydı, Yay Olimpiya Oyunlarından sonra baş tutacağına görə iştirakçı sayı əhəmiyyətli dərəcədə azalacaqdı. Həmçinin bu yarış zamanı ev sahibi kimi hər çəkidə 4 idmançı sifariş edə biləcəyimizdən, bu da Olimpiya Oyunlarına lisenziya xallarının qazanılması baxımından müəyyən üstünlük yaradacaq”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir