İdman

Tanınmış futbolçu yeni klubunda ayda bir avro alacaq

Sharing is caring!


Xorvatiyanın “Hayduk” klubunda yarımmüdafiəçi İvan Perişiçin maaşı ayda bir avro olacaq.

London “Tottenham”inin 34 yaşlı yarımmüdafiəçi bu mövsümün sonuna qədər icarə əsasında “Hayduk”da çıxış edəcək.

Perişiçin Premyer Liqa klubu ilə müqaviləsi iyunun 30-da başa çatacaq, bundan sonra futbolçu xorvat komandası ilə bir il müddətinə tam hüquqlu müqavilə bağlayacaq.

Qeyd olunur ki, “Hayduk” avrokuboklara yüksələrsə, Perişiç bonus ödənişləri almaq hüququ qazanacaq.

Mənbə: sportbox.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir