Dünya

İranda minlərlə yanacaqdoldurma məntəqəsinin fəaliyyəti dayandı – FOTO

Sharing is caring!


İranda yanacaqdoldurma məntəqələrinin əksəriyyətinin fəaliyyəti dayanıb. Buna səbəb haker hücumu olub.

Bu barədə “Azad İran” “Telegram” kanalı xəbər verib.

Bildirilir ki, kiberhücum “Yırtıcı Sərçə” haker qrupu tərəfindən həyata keçirilib. Nəticədə bu gün yerli vaxtla saat 11 radələrindən başlayaraq bir çox əyalətlərdə minlərlə yanacaqdoldurma məntəqəsinin işi iflic olub.

İran Neft Nazirliyi məlumatı təsdiq edib.

İsrail KİV-in məlumatına görə, haker qrupunun İsraillə əlaqələri ola bilər.

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir