Dünya

Rusiyada general-mayor saxlanıldı – FOTO

Sharing is caring!


Rusiya Fövqəladə Hallar Nazirliyinin Samara vilayəti üzrə Baş İdarəsinin rəisi, general-mayor Oleq Boyko saxlanılıb.

İlkin məlumatlara görə, Oleq Boyko tabeliyində olan şəxslərdən yanğın təhlükəsizliyi yoxlamaları zamanı qanunsuz yolla əldə etdikləri pulun bir hissəsini onunla bölüşmələrini tələb edib. Söhbət  on milyonlarla rubldan (100 minlərlə manat) gedir.

General-mayor Daxili İşlər Nazirliyinin Samara vilayəti üzrə İqtisadi Təhlükəsizlik İdarəsinin əməkdaşları, İstintaq Komitəsinin və Federal Təhlükəsizlik Xidməti əməkdaşları tərəfindən saxlanılıb və Moskvaya çatdırılacaq.

Məsələ ilə bağlı 6 ünvanda axtarışlar aparılır.

Mənbə: “Baza” “Telegram”

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir