Cəmiyyət

Şəhid adının əbədiləşdirilməsinə dair yeni qanun layihəsi hazırlanıb

Sharing is caring!


“Hazırda mövcud olan “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Qanun ən uzunömürlü qanundur”.

APA xəbər verir ki, bunu Milli Məclisin Elm və təhsil komitəsinin bu gün keçirilən iclasında parlamentin Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev deyib.

O bildirib ki, bu qanun 1993-cü ildə ulu öndərin dövründə qəbul edilib:

“Milli Məclisə yaxın zamanlarda şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərlə bağlı yeni qanun layihəsi daxil olacaq. Yeni qanunda bütün məsələlər cəmləşəcək”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir