Cəmiyyət

Zaqatalada 38 yaşlı kişi evdə ölü tapılıb

Sharing is caring!


Zaqatalada 38 yaşlı kişi evdə ölü tapılıb.

“Report” xəbər verir ki, hadisə Zaqatala şəhəri, M.Müşfiq küçəsi, ev 26 ünvanında qeydə alınıb.

Belə ki, Zaqatala Rayon Polis Şöbəsindən rayon prokurorluğuna 1986-cı il təvəllüdlü Rəşad Qurbanovun yaşadığı evdə ölməsi barədə məlumat daxil olub.

İlkin araşdırma zamanı müəyyən edilib ki, gecə R.Qurbanov yuyunmaq üçün hamam otağına keçib, səhər saat 06:30-da hamam otağında atası Fərhad Qurbanov tərəfindən ölmüş vəziyyətdə aşkar edilib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir