Cəmiyyət

Azərbaycanda hazırlanmış pilotsuz uçuş aparatı nümayiş olunur

Sharing is caring!

“ADEX” IV Azərbaycan Beynəlxalq Müdafiə Sərgisində Azərbaycanda hazırlanmış “Tiltrotor” adlı pilotsuz uçuş aparatı nümayiş olunur.

“Report” xəbər verir ki, aparat 250 kq-a qədər yükdaşıma qabiliyyətinə malikdir.

“Tiltrotor” uçuş-eniş zolağına bağlı olmayan taktiki yüklərin məhdud logistika şəraitində təcili və avtonom çatdırılmasına hesablanıb. Unikal konstruksiya əsasında yüksək manevr imkanları olan aparata gələcəkdə qanadaltı raketlərin quraşdırılması da nəzərdə tutulur.

Aparatın bütün komponentləri ölkədə yığılır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir