Siyasət

Arazdəyənə gedən Berbokun diqqətinə zavodun başqa ərazidə inşa ediləcəyi çatdırılıb

Sharing is caring!


Ermənistanda səfərdə olan Almaniyanın xarici işlər naziri Annalena Berbok Azərbaycanla sərhəddə yerləşən Vedibasar rayonunun Arazdəyən bölgəsində olub.

Ermənistan mediasının məlumatına görə, Avropa İttifaqının (Aİ) Ermənistandakı müşahidə missiyasının əməkdaşları Ermənistan-ABŞ sərmayələri ilə metallurgiya zavodunun tikintisi planlaşdırılan yerə qədər onu müşayiət ediblər.

Aİ müşahidə missiyası rəhbərinin müavini Marek Kuberski Berbokun diqqətinə çatdırıb ki, zavod başqa ərazidə inşa olunacaq. O qeyd edib ki, sərhədyanı ərazilərdə müşahidə apardıqları müddətdə ümumilikdə heç bir insident baş vermir və vəziyyət sakitdir.

Bundan sona Almaniya xarici işlər naziri Qarabağı könüllü tərk etmiş erməni sakinlərlə görüşmək üçün Ararat vilayətinin Vostan kəndinə gedib.

Xatırladaq ki, bundan əvvəl Ermənistan iqtisadiyyat naziri Vaan Kerobyan Arazdəyəndəki metallurgiya zavodunun başqa yerə köçürüləcəyini təsdiqləyib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir