İdman

“Google”da 2023-cü ilin ən populyar 10 idmançısı: Ronaldu və Messi siyahıda yoxdur

Sharing is caring!


“İnter Mayami”nin hücumçusu Lionel Messi və Səudiyyə Ərəbistanının “Ən-Nəsr” klubunun hücumçusu Krişitanu Ronaldu 2023-cü ildə “Google”da axtarılan ilk 10 idmançı sırasına düşməyiblər.

“Google” axtarış sistemində sorğulara görə birinci yeri NFL-də çıxış edən (ABŞ futbolu) “Buffalo Bills”in yarımmüdafiəçisi Damar Hemlin tutub. İkinci yerdə Fransanın PSJ klubunun hücumçusu Kilian Mbappe olub. Üçüncü yerdə “Kanzas-Citi Çifs” (NFL) komandasının oyunçusu Trevis Kelsi qərarlaşıb. Futbolçular arasında “Bavariya”nın və İngiltərə millisinin hücumçusu Harri Keyn də ilk 10-luğa daxil olub, beşinci yeri tutub. “Memfis” basketbolçusu Ja Morant dördüncü yerdədir.

Qeyd edək ki, Lionel Messi 2023-cü ildə “Qızıl top”u alıb. Argentinalı keçən yay azad agent kimi “İnter Mayami”yə keçib. Kriştianu Ronaldu 2023-cü ilin yanvarından “Ən-Nəsr”də çıxış edir. Portuqaliyalı daha əvvəl İngiltərənin “Mançester Yunayted” klubunu təmsil edib.

Mənbə: championat.com

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir