Cəmiyyət

Binəqədidə 12 otaqlı tikilidə yanğın baş verib

Sharing is caring!


Binəqədi rayonunda yanğın baş verib.

Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyindən verilən xəbərə görə, Binəqədi rayonunda ümumi sahəsi 250 kvadratmetr olan 12 otaqlı tikilinin 2 otağının tavanı 10 kvadratmetr sahədə, bitişik sahəsi 25 kvadratmetr olan talvarın yanar konstruksiyaları və altına yığılan taxta tullantıları yanıb. Tikilinin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir