Dünya

Depardyeni zorlamada ittiham edən aktrisa intihar edib

Sharing is caring!


Tanınmış fransız aktyoru Jerar Depardyeni zorlamada ittiham edən aktrisa Emmanuel Debever intihar edib.

2019-cu ildə o, aktyorun zorakılığı və təcavüzü haqqında danışan ondan çox qadından birincisi olub.

Aktrisanın ölümü onun Depardye ilə bağlı qalmaqalından bəhs edən “Əlavə araşdırma” sənədli filminin yayımlandığı günə təsadüf edib.

Qeyd edək ki, Fransada Jerar Depardyenin iştirakı ilə çəkilən filmlərin nümayişinə qadağa qoyulub. Müvafiq qərar aktyora qarşı yeni zorlama ittihamlarından sonra qəbul edilib.

Xatırladaq ki, indiyənədək 13 qadın Jerar Depardyeni seksual zorakılıqda ittiham edib. Onların sözlərinə görə, bu hadisələr 2004-2022-ci illər arasında 11 filmin çəkilişlərində baş verib.

Mənbə: aif.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir